A

UNEC-in İqtisadiyyat fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə müəllim və tələbələrin iştirakı ilə ilk dəfə "TECxTalkShow" layihəsinə start verilmişdir.

Layihənin əsas məqsədi müəllim və tələbə arasında olan səmimiliyi daha da gücləndirmək, həmçinin, dərsdən kənar mühitdə pedaqoji heyətin həyat təcrübəsini gənclərə çatdırmaqdır.

Layihənin ilk qonaq müəllimləri Sevda Sərdarova, Afaq Hacıyeva və Leyla Nəzirzadə olublar. Qonaqların çıxışları tələbələr tərəfindən maraqla qarşılanmışdır. Tədbir boyu müəllimələrə canlı olaraq suallarla yanaşı, video-suallar da təqdim olunmuşdur.

Layihənin rəhbəri və moderatoru İqtisadiyyat fakültəsi TEC sədri Mirlazım Dadaşov olmuşdur.
Növbəti "TECxTalkShow" dekabr ayında keçiriləcək.

Yaxın günlərdə müvafiq elan veriləcəkdir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR