A

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Tələbə Gənclər Təşkilatı (TGT) nəzdində olan "İqtisadiyyat klubu"  tərəfindən Milli Dirçəliş gününə həsr edilmiş “İqtisadiyyat gecəsi” adlı müsabiqə keçirilib.

İntellektual oyun formatında təşkil olunan yarışda ümumilikdə müxtəlif universitetlərdən yeddi komanda iştirak edib. Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinin komandalarının da iştirak etdiyi yarışın qalibi İqtisad Universitetinin “Six pistols” komandası olub. Qalib komanda medal və kubokla təltif edilib. Sonda yarışın bütün iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, komandanın kapitanı Həsən Süleymanov, komandanın üzvləri  Telman Şirinov, Turqut Əlizadə, Məmməd Məmmədov, Cavid Soltanov, Nərgiz Babayeva UNEC-in “İqtisadiyyat” fakültəsi tələbə elmi cəmiyyətinin nəzdində fəaliyyət göstərən “İqtisadçı” Tələbə Elmi Dərnəyinin üzvləridir. Dərnəyin rəhbəri UNEC-in “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının gənc müəllimi Zeynəb Qiyasovadır. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay