A

“Nikoil Bank” və UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə “Peşəkar karyeraya aparan yol” mövzusunda təlim keçirilib.

“Nikoilbank” ASC-nin İdarə heyəti sədrinin müşaviri Arzu Əliyeva tərəfindən keçirilən təlimdə tələbələrə korporativ iş mühitinə hazır olmaq üçün fərdi effektivliyə təsir edən: “İş müsahibəsinə hazırlıq”, “Korporativ iş mühitinə uyğunlaşma” mövzuları  üzrə praktik biliklər verilmişdir.

Təlim proqramı ilə tanış olan tələbələrimiz iş müsahibələrini daha müvəffəqiyyətlə keçmək, uğurlu karyera qurmaq üçün ilkin tələb olunan bilik və bacarıqlar barədə məlumat əldə etmiş və yeni iş yerinə qısa zamanda necə uyğunlaşacaqları barədə informasiyalara yiyələnmişlər.

Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmış və sertifikatlar təqdim edilmişdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay