UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə Biznes və menecment fakültəsinin Marketinq ixtisasında təhsil alan tələbələr üçün praktiki təlim keçirilib.
Kapital Bankın Marketinq Departamentinin Digital Marketinq üzrə aparıcı mütəxəssisi, Starex.az Türkiyədən sifariş şirkətinin marketinq mütəxəssis Numrəddin Hüseynov sosial mediada effektiv marketinq fəaliyyətləri barədə biliklər paylaşıb.
Təlim zamanı sosial şəbəkələrdə istifadəçilərin davranış modellərinin tədqiqi, statistik göstəricilərin mahiyyəti, reklam yayımı zamanı diqqət ediləsi məqamlar barədə geniş izah verilib.
Təlim müddətində tələbələr bankların mobil tətbiqlərinin faydalılığı, sosial şəbəkələrdə müştərilərlə kommunikasiya barədə müxtəlif suallar vermiş, müzakirələr aparmışlar.
UNEC Karyera Mərkəzi real sektor nümayəndələri ilə mütəmadi görüşlər və təlimlər təşkil edəcəkdir. Elanlardan xəbərdar olmaq üçün UNEC Karyera Mərkəzini facebook və instagramdan izləyə bilərsiniz.