A

UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı ilə ABŞ-ın Azərbaycandakı səfirliyində təcrübə proqramı barədə tələbələrlə görüş keçirilib. Səfirliyin İnsan resursları şöbəsinin nümayəndəsi Sevim Nuriyeva təcrübə proqramına qəbul şərtləri, tələb olunan sənədlər, tövsiyə və istək məktublarının yazılış qaydaları, müsahibə öncəsi hazırlıq və digər önəmli məqamlar barədə ətraflı izah verib.

Bildirilib ki, təcrübə proqramında Biznesin idarə edilməsi, Riyaziyyat, Statistika, Maliyyə, Mühasibat, Dövlət idarəçiliyi və bənzər ixtisaslarda təhsil alanlara və yaxşı səviyyədə ingilis dili biliklərinə sahib olanlara üstünlük veriləcək.

UNEC tələbə və magistrantları təcrübə proqramı barədə linkdən əlavə məlumat ala bilərlər:https://az.usembassy.gov/embassy/internship/

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay