A

UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı peşəkar mentorların dəstəyi ilə kouçinq görüşü keçirilib.

Marketinq sahəsində 14 illik peşəkar təcrübəyə malik, biznes təlimçi Sənan Həsənovla fərdi kouçinq görüşündə Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi Süleyman Əlizadə, UNEC Biznes Məktəbinin magistrantı Zaira Qasımova, İqtisadiyyat fakültəsinin tələbəsi Zaur Bayramov, Maliyyə və mühasibat fakültəsinin tələbəsi Elgün Məmmədəliyev iştirak ediblər. 

Fərdi görüşdə tələbələrə karyera planlaşdırılmasına diqqət ediləsi məqamlar, əmək bazarında tələb olunan bilik və bacarıqların artırılması yolları, motivasiyanın qorunması üçün texnikalar, iş mühitinə hazırlıq və digər istiqamətlərdə dəyərli məlumatlar verilib.

Məlumat üçün bildirək ki, Sənan Həsənov “Erikson International” şirkətinin Azərbaycan nümayəndələyinin rəhbəri, “BMG International” şirkətinin təsisçisidir. Buna qədər Amedia Agentliyinin direktoru, Caspian Development Bankının Biznesin İnkişafı Direktoru, DəmirBank ASC-nin marketinq departamentinin direktoru müavini, ASB Bankın Müştəri xidmətləri departamentinin direktoru, Rabitəbankın marketinq meneceri vəzifələrində çalışıb. Nüfuzlu Niderland Marketinq İnstitutunun (NİMA) "Marketing B" diplomuna sahibdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay