A

UNEC-in tələbələri arasında mobilliyin təmin edilməsi, onların tələbə təşkilatları, mentorluq xidməti barədə daha çox məlumatlandırılması məqsədilə universitetin müəllim və tələbələrindən ibarət nümayəndə heyəti Zaqatala filialına səfər edib.

UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova, baş mentor Esmira Babaşirinova, Tələbə-rektor Elmir Sadıqov, THİK sədri Rüfət Süleymanlı, TEC sədri Nərmin Heydərova, TGT sədri İsa Adıgözəlov, İVT sədri Yusif Cəfərzadə, “II UNEC Science slam” müsabiqəsinin qalibləri Amal Veysəlov və Ramiz Şükürovun təmsil olunduğu nümayəndə heyəti ezamiyyə müddətində filialın rəhbərliyi, pedaqoji heyəti və tələbələri ilə silsilə görüşlər keçiriblər.

Görüşlərdə prorektor Səadət Qəndilova tələbələri təhsillə yanaşı, universitetin ictimai-sosial həyatında fəal olmağa çağıraraq, onlara tövsiyələrini verib. E.Babaşirinova isə müəllim-tələbə heyətini mentorluq fəaliyyəti və UNEC Mentorlarının I forumu barədə ətraflı məlumatlandırıb.

Ezamiyyə müddətində Tələbə rektor Elmir Sadıqov müəllim və tələbələrə Tələbə-rektor institutunun fəalliyyətindən bəhs edib. Görüş zamanı onların sualları cavablandırılaraq, təklifləri dinlənilib. Zaqatala filialında yeni təyin edilən Tələbə-prorektor Miran Qurbanov, TEC sədri Fərid Quliyev, THİK sədri Mirhəsən Dadaşov, TGT sədri Rəvan Hüseynov isə filial tələbələrinin sosial fəaliyyəti və həyata keçirdikləri layihələrdən söz açıblar.

Görüşlərdə tələbə təşkilatları ilə əlaqələrin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması və digər istiqamətlərdə fikir mübadilələri aparılıb.

İqtisadçı Vətənpərvərlər Təşkilatı sədri Yusif Cəfərzadə Zaqatala filialında təşkilatın özəyinin yaradılması ilə bağlı təkliflə çıxış edib. Səfər çərçivəsində II UNEC Science Slam beynəlxalq elm müsabiqəsinin qalibləri filial tələbələrinə müsabiqənin keçirilmə qaydalarından bəhs edərək, onlar üçün maarifləndirici təlimlər keçiblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay