A

UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə dünyaca məşhur "Procter & Gamble" şirkətinin nümayəndələrinin UNEC tələbələri ilə görüşü keçirilib.

Tələbələrə şirkətin fəaliyyət istiqamətləri, sahib olduğu brendləri, iş mühiti barədə məlumat çatdırılıb. Həmçinin, yuxarı kurs tələbələri üçün şirkətdə yaradılan karyera imkanları və vakant yerlər haqqında informasiya verilib.

Əlavə olaraq, "Procter & Gamble" şirkətinin 2019-cu il üçün elan etdiyi yay təcrübə proqramı barədə də məlumat verilib. Qeyd edilib ki, təcrübə proqramı  3-cü kurs bakalavr və 1-ci kurs magistrlar üçün nəzərdə tutulub. Müraciətləri müsbət dəyərləndirilən tələbələrin yay aylarında satış və marketinq üzrə təcrübədə iştirak imkanınız qazanacaqdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay