A

UNEC Karyera Mərkəzi təşkilatçılığı ilə dünyanın aparıcı audit şirkətlərindən biri olan “Ernst & Young Holdings” (CIS) şirkətinin Azərbaycan nümayəndəliyinin əməkdaşları UNEC-də infosessiya keçiriblər.

Görüşdə şirkətin İnsan resursları üzrə baş menecer Samira Şabanova, İR üzrə baş mütəxəssis Vüsalə Həsənova, baş audit ekspertləri Tuqay Bayramlı və Kazım Kazımov, audit üzrə aparıcı mütəxəssis Faiq Xasayev iştirak ediblər.

İnteraktiv sual-cavab formasında keçən görüşdə şirkətin fəaliyyət istiqamətləri, EY Mobillik proqramı, işə qəbul prosesi, şirkətdəki təcrübə proqramları və karyera imkanları mövzusunda geniş məlumat çatdırılıb.

Maliyyə, mühasibat və iqtisadiyyat sahələri üzrə yeni məzun olmuş və yuxarı kurs tələbələri üçün nəzərdə tutulan təcrübə və iş təkliflərinin şərtləri barədə informasiya verilib.

Dünyanın 150 ölkəsində 5000 müştəriyə korporativ xidmət göstərən “Ernst & Young”  şirkətinin nümayəndəliyi 25 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay