A

UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə Ekspertiza və standartlaşdırma, Texnologiya və Dizayn fakültələrinin tələbələri, “Qida məhsulları texnologiyası” kafedrasının müdiri Mehriban Məhhərəmova “Şirin Qənnadı Fabriki MMC”-ndə istehsal prosesini izləyiblər.

Şirkətin nümayəndələri istehsal prosesinin bütün mərhələlərini əyani izahlarla tələbələrə nümayiş etdiriblər. Qənnadı məhsullarının hazırlanmasında texnoloji avadanlıqların tələbləri, tətbiq edilən standartlar, qida təhlükəsizliyi, xammal məmulatları haqqında geniş izah verilib. Laboratoriya şəraitində məhsulların yoxlanılması mərhələləri barədə məlumat verilib. Daha sonra müəllim və tələbələr şirkət məhsullarının yoxlanılması, şirniyyatların dizayn edilməsi və qablaşdırılması prosesi ilə tanış olublar.

İnfoturun sonunda müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb və şirkətin xüsusi hədiyyələri təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay