A

UNEC-in tələbə və müəllim heyəti UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Əməliyyat Qrupunun nümayəndələri ilə görüşmüşdür.

200-dən çox tələbənin iştirak etdiyi görüşdə Avropa Liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqqında təqdimat nümayiş olunmuşdur. 

UNEC-in II tədris binasında keçirilən görüşdə professor Vəkil Hüseynov, dosent Tofiq Osmanov, dosent Mənsur Bərxudarov, professor Məzahir Fərzəliyev, tələbə-rektor Elmir Sadıqov, Tələbə Həmkarlar Təşkilatının sədri Rüfət Süleymanlı, Tələbə Gənclər Təşkilatının sədri İsa Adıgözəlov, həmçinin, tanınmış futbolçular və digər şəxslər iştirak ediblər. 

Məruzəçilər tələbələrin idman və qeyri-idman sahəsində lazımi təcrübə əldə etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların irimiqyaslı və ölkə əhəmiyyətli tədbirlərlə bağlı texniki bilik və bacarıqlarının artırılması baxımından bu cür tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayıblar.

Daha sonra AFFA nümayəndələri təşkilatın könüllülük proqramını təqdim ediblər. Qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq proqram çərçivəsində tələbələr üçün təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Daha ətraflı məlumat www.finalbaku2019.com saytında yerləşdiriləcək.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay