A

UNEC-in Zaqatala filialında korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilib.

Filialın professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbirdə “Ümumi fənlər” kafedrasının baş müəllimi Rəsul Makayev ölkədə korrupsiyaya qarşı mübarizə ilə bağlı həyata keçirilən tədbirlər və mühüm qanunvericilik aktlarından söz açıb. Görülən məqsədyönlü tədbirlərin əhalinin dövlət orqanlarına etimadının möhkəmləndirilməsi, sosial ədalətin, insan və vətəndaş hüquqlarının müdafiəsi, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsi məqsədi daşıdığını bildirib.

Sonra kafedranın baş müəllimi Camal Arıxovun “İnsan hüquq və azadlıqları” mövzusunda məruzəsi dinlənilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay