A

UNEC-in Maliyyə və mühasibat fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Özünəinam və daxili intizamın gücü” mövzusunda təlim keçirilib.

Təlimçilik Akademiyasının təsisçisi, emosiyalar, yalan və TOT (Training of Trainers) üzrə təlimçi, yazar Fəxrəddin Abdullayevin apardığı təlimdə özünəinam nədir və nə ilə ölçülür, prioritetlər və dərketmə, daxili intizamın mahiyyəti və fəlsəfəsi, gündəlik zamanın idarə edilməsinin intizamı, mükəmməl saglamlıq vərdişlərinin intizamı və  cəsarətin intizamı barədə məlumat verilib.

Mövzu ilə bağlı tələbələrin sualları cavablandırıldıqdan sonra təlimdə fəal iştirak edən tələbələrə  sertifikatlar təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay