A

İqtisadiyyat fakültəsində tələbələrin İKT biliklərinin artırılması məqsədilə “Codding” adlı təlimlərə start verildi.

Dekabr ayından etibarən İqtisadiyyat fakültəsi Tələbə Elmi Cəmiyyəti nəzdində fəaliyyət göstərən “İqtisadçı” tələbə elmi dərnəyinin rəhbəri, fakültənin baş mentoru Zeynəb Qiyasovanın təşkilatçılığı ilə tələbələrin İKT biliklərinin artırılması məqsədilə “Codding” adlı seminar-təlimlərə start verilib.

İqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Şükran Məmmədlinin təşəbbüsü və təqdimatı ilə təşkil olunan həftəlik seminar-təlimlərin əsas məqsədi tələbələrə son  dövrlərdə sürətlə inkişaf edən informasiya-kommunikasiya-texnologiyalarına dair bilikləri aşılamaqla yanaşı daha da aktuallıq kəsb edən web sayt proqramlaşmasını öyrətməkdir. Təlimin sonunda kursu uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim ediləcək.

Qeyd edək ki, İqtisadiyyat fakültəsinin tələbəsi Şükran Məmmədli və onun komandasının “Codding” Web sayt proqramlaşması üzrə təqdim etdiyi çatdırılma və axtarış sistemi olan “Umbrella” layihəsi bu ilin sentyabr ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil olunan qrant müsabiqəsinin qalibi olmuşdur.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR