A

İqtisadiyyat fakültəsində UNEC-in gənc müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dünya iqtisadiyyatı ixtisaslı qrupların mentoru Leyla Nəzirzadənin təşəbbüsü və təşkilatçılığı ilə tanınmış psixoloq Rafiq Allahverdiyevin təqdimatında tələbələr üçün təlim-seminar keçirilib.

"Həyəcan və qorxuların psixoloji kökləri. İmtahanqabağı həyəcanın profilaktikası" mövzusunda təşkil olunan seminarı giriş sözü ilə açan dekan müavini dosent Elçin Eyvazov bildirdi ki, imtahanlar ərəfəsində özünə inamın formalaşması istiqamətində təşkil olunan təlimlər tələbələr üçün faydalı ola bilər.

Təlimdə tələbələrə imtahan qabağı stress və həyəcana qalib gəlmənin yolları barədə geniş məlumat verilib.

Sonda tələbələrlə müxtəlif psixoloji testlərin aparılması onlarda maraqlı təəssüratlar yaradıb.

Qeyd edək ki, İqtisadiyyat fakültəsi mentorluğu tərəfindən fakültə tələbələrinə imtahanlar ərəfəsində mütəmadi olaraq təlim-seminarların təşkili nəzərdə tutulub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay