A

UNEC Karyera Mərkəzi və AYAFE Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə tələbələr üçün "Bədən dili" təlimi keçirilib. Təlimin keçirilməsinin əsas məqsədi tələbələrə şəxsi və peşəkar fəaliyyətlərində bədən dilindən düzgün istifadəni öyrətmək, bədən dilinin insan həyatındakı əhəmiyyəti barədə maarifləndirmək olub.

Təlimçi, İnsan Resursları üzrə mütəxəssis Mahir Qara çıxışı zamanı mövzu üzrə nəzəri və praktiki məqamlarla toxunub. Təlim ərəfəsində iştirakçılar jest və mimikadan istifadə, effektiv ünsiyyət üçün düzgün səs tonundan və göz təmasından istifadə kimi aspektlərdə biliklərə yiyələniblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay