A

UNEC-də Tələbə Elmi Cəmiyyətinin dəstəyi və Texnologiya və Dizayn fakültəsinin tələbəsi Nəzərəli Fidanın təşkilatçılığı ilə xeyriyyə tədbiri keçirilmişdir. “Qış nağılı” adlı şirniyyat yarmarkası tələbələrin böyük marağına səbəb olmuşdur.

Tədbirdə aparıcı iaşə müəssisələri iştirak etmiş, şirniyyat evləri biri birindən dadlı təamları ilə təmsil olunmuşlar.

Yarmarkada Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov da iştirak etmişdir.

Satışdan yığılan vəsait Azərbaycan Uşaqlar Birliyinin nəzdindəki Uşaq Sığınacağında yaşayan uşaqları təhsilə cəlb etmək məqsədilə yaradılmış "Çərpələng" məktəbəqədər təhsil layihəsinə təqdim ediləcəkdir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR