Qış mövsümünün gəlişi, tələbələrin asudə vaxtlarını səmərəli və əyləncəli keçirməsi məqsədilə Maliyyə və mühasibat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə UNEC tələbələrinin Şahdağ Qış-Yay Turizm Kompleksinə gəzintisi baş tutmuşdur.
Şahdağ turunda tələbələr üçün komfortlu nəqliyyat, səhər yeməyi, çay süfrəsi təşkil edilmiş və yol boyu müxtəlif əyləncəli oyunlar keçirilmişdir.
Tələbələr Şahdağın əvəzolunmaz təbiəti ilə tanış olmuş və kompleksdə təqdim edilən kanat gəzintisinə böyük çoşqu ilə qoşulmuşlar.
Sonda xatirə şəkilləri çəkilmiş və tələbələr tərəfindən turun təşkil olunması yüksək qiymətləndirilmişdir.