A

"AzFinance" İnvestisiya Şirkəti tərəfindən UNEC  tələbələri üçün “Kapital Bazarları. Alətlər və imkanlar” mövzusunda seminar keçirilib.

UNEC Karyera Mərkəzinin təşkilati dəstəyi ilə keçirilən seminar AzFinance ekspertləri tərəfindən aparılıb və kapital bazarlarına aid nəzəri və praktiki mövzuları əhatə edib. Sual-cavab sessiyası zamanı iştirakçıları maraqlandıran suallar geniş müzakirə edilib.

Ən maraqlı sual verən tələbələrə biznes mövzusunda kitablar hədiyyə edilib. İki tələbə şirkətə ekskursiyaya dəvət edilib. Ekskursiya zamanı tələbələr şirkətin fəaliyyəti ilə tanış olacaqlar və dərslərdə əldə etdikləri biliklərin real şəraitdə necə tətbiq edildiyini əyani şəkildə görəcəklər.

AzFinance İnvestisiya Şirkətinin bu cür seminarları təşkil etməkdə məqsədi qiymətli kağızlar bazarının inkişafı istiqamətində maarifləndirmə fəaliyyətlərini həyata keçirmək, eləcə də təhsil sektoru və biznesin qarşılıqlı əlaqələrinin inkişafına töhfə verməkdən ibarətdir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR