A

İqtisadiyyat fakültəsinin Tələbə Elmi Cəmiyyəti təşkilatçılığı ilə I kurslar arasında "İqtisadiyyata giriş fənni üzrə iqtisadi biliklər" adlı olimpiada keçirilmişdir.

13 komandanın iştirak etdiyi Olimpiadada İqtisadiyyat fakültəsi ilə yanaşı Biznes və Menecment və Maliyyə və mühasibat uçotu fakültəsinin tələbələrindən ibarət komandalar iştirak ediblər.

2 turdan ibarət olan Olimpiadanın 1-ci turu testlər üzrə, 2-ci turu isə izahlı-suallar formatında keçmişdir.

Hər iki tur üzrə komandaların qazandıqları ballar dosent Sevda Sərdarova, dosent Elşən Məmmədov, Ülviyyə Rəsulova və Zeynəb Qiyasovadan ibarət münsiflər heyəti tərəfindən hesablanaraq yekun nəticə müəyyən olunmuş və ilk üçlükdə yer almış komandalar diplomlarla mükafatlandırılmışlar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay