A

UNEC-in İqtisadiyyat fakültəsində “Azərbaycan dili” kafedrasının dosenti, iqtisadiyyat ixtisaslı qrupların mentoru Təranə Xəlilovanın təşkilatçılığı ilə şair Mikayil Müşfiqin həyat və yaradıcılığına həsr olunmus tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, dosent Asiman Quliyev tələbələrin göstərdikləri təşəbbüsü yüksək qiymətləndirərək görkəmli şairin 110 illik yubileyinə mühüm töhfə olduğunu vurğulamışdır.  Sonra 157 və 158 saylı qrup tələbələrinin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar ifa edilmiş, onun şeirleri söylənilmiş, tələbə Orxan Süleymanov şair M.Müşfiqə həsr etdiyi şeirini səsləndirmişdir.

Sonda tələbələr şairin həyat və yaradıcılığını əks etdirən filmi izləmişdir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR