UNEC-in Zaqatala filialında "Açıq qapı" günü keçirilib.

Tədbirdə yerli KİV nümayəndələri, müəllim, tələbə və valideyinlər iştirak ediblər. Onlar əvvəlcə filialın tədris korpusu, yataqxana ilə tanış olublar. 

Sonra imtahan cədvəlləri, məsləhət günlərinin cədvəli və digər sənədlər əyani surətdə qonaqlara təqdim edilib. Qonaqlar yeni yaradılmış və müasir kompüterlərlə təchiz olunmuş imtahan otaqları ilə tanış olublar. 

UNEC-in Zaqatala filialının direktoru, professor Orucəli Rzayev tədbir iştirakçılarına bildirib ki, "Açıq qapı" günü tədrisin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Hər bir valideyn imtahanların gedişini izləmək, rəy, təklif və iradlarını söyləmək imkanına malikdir.

Direktor qonaqlara filialın əldə etdiyi nailiyyətlər barədə məlumat verib. 

Sonra İqtisadiyyat fakültəsinin dekanı, dosent Həqiqət Qədimova 2018-2019-cu qış sessiyasnın mütəşəkkil və şəffaf keçirilməsi üçün görülən işlər barədə ətraflı məlumat verib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay