A

UNEC-in Zaqatala filialının bir qrup müəllim və tələbələri Zaqatala rayonunun Yuxarı Çardaqlar Sərhəd Zastavasında olmuşlar.

Şəxsi heyət üzrə müavin Şamil Məmmədov qonaqları zastava ilə tanış etmiş, tələbələrə tövsiyyələr vermişdir. Qeyd edilmişdir ki, hər bir ölkə üçün sərhəd onun müstəqilliyini, müstəqil ölkə kimi yaşamasının bir atributudur. 

Müstəqilliyin ilk illərində ölkəmizdə sərhəd infrastrukturunun yaradılması haqqında tələbələrə məlumat verilmişdir. Məhz xalqımızın ümumilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda peşəkar sərhəd xidməti yaradılmışdır. 

Sonra Zaqatala filialının İqtisadiyyat fakültəsinin dekanı, dosent Həqiqət Qədimova çıxış edərək qeyd etdi ki, Sərhəd Qoşunlarının möhkəmlənməsi müstəqilliyimizin möhkəmlənməsi deməkdir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay