A

UNEC-in Biznes və menecment fakültəsinin kollektivi və tələbələri fakültə Həmkarlar Təşkilatının təşəbbüsi ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyini ziyarət ediblər.

İctimai Birlikdə məskunlaşan ailələr və uşaqlarla görüşən fakültə rəhbərliyi, müəllim və tələbələr onları bayram münasibətilə təbrik ediblər. Sonra tələbələrin iştirakı ilə bayram konserti təşkil olunub. Uşaqlar üçün maraqlı viktorinalar və oyunlar keçirilib, onlara hədiyyələr və bayram sovqatı təqdim olunub.

UNEC kollektivinin ziyarəti sakinlərdə bayram əhval-ruhiyyəsi və xoş ovqat yaradıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay