A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) tələbələri “Mən PAŞA Bank təqaüdçüsüyəm” layihəsinin qalibi olub.

PAŞA Bank və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə həyata keçirdiyi  layihə elektron qeydiyyat və müsahibə olmaqla iki mərhələ üzrə aparılıb. Sonda 5-i UNEC tələbəsi olmaqla 20 tələbə qalib seçilib. Hər bir təqaüdçü 12 ay boyunca, hər ay 145 AZN məbləğində təqaüdlə təmin ediləcək.

Layihənin məqsədi yerli universitetlərin istedadlı və ictimai sahədə fəal tələbələrini həvəsləndirmək, eləcə də, özəl və dövlət sektorlarını güclü insan resursları ilə təmin etmək və gələcək rəhbərlərin inkişafını möhkəmləndirməkdir.

Qalib tələbələri təqdim edirik:

Aytən Soltanova – İSE, mühasibat uçotu və audit ixtisası, III kurs
Əsəd Qaralov – İSE, Mühasibat uçotu və audit ixtisası, III kurs
Nurlan Musazadə - İSE, İqtisadiyyat ixtisası, III kurs
Gülana Səlimova – İSE, Maliyyə ixtisası, IV kurs
Kürşad Mənsumlu – İSE, Maliyyə ixtisası, IV kurs.

Tələbələrimizi təbrik edir, onlara yeni uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay