A

“Veysəloğlu” Şirkətlər Qrupu UNEC-in İnklüziv Təhsil Mərkəzində əlilliyi olan tələbələrlə görüş keçirib.

İlk olaraq UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova inklüziv təhsilin Azərbaycan təhsilinin prioritet məsələlərindən biri olduğunu, əlilliyi olan insanların daima dövlətin və yerli qurumların qayğı və diqqəti ilə əhatə olunduğunu və bu istiqamətdə tədbirlərin, layihələrin həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. Daha sonra UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimova mərkəzin fəaliyyəti və universitetdə əlilliyi olan tələbələrə yaradılan şərait haqqında ətraflı məlumat verib. Həmçinin “Veysəloğlu” Şirkətlər Qrupu tərəfindən UNEC-də təhsil alan əlilliyi olan tələbələrə göstərilən diqqətin təqdirəlayiq addım olduğunu bildirib.

Daha sonra “Veysəloğlu” Şirkətlər Qrupunun Təhsil müəssisələri ilə əlaqələr şöbəsinin rəhbəri Fuad Əliyev çıxış edərək, şirkətin Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi uğurlu layihələri və “Veysəloğlu ilə ilk Addım” (VİA) təcrübə proramı haqqında məlumat verib və inkluziv təhsil ilə bağlı UNEC ilə gələcəkdə birgə əməkdaşlığa dair layihələrin həyata keçiriləcəyinə şirkət olaraq hazır olduqlarını bildirib.

Tədbirin sonunda “Veysəloğlu” Şirkətlər Qrupu tərəfindən UNEC-də təhsil alan əlilliyi olan tələbələrə hədiyyələr təqdim edilib və iştirakçıların sualları cavablandırılıb.  

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR