A

UNEC-in Zaqatala filialında “Mevlana” mübadilə proqramı barədə təqdimat keçirilib. 

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin mütəxəssisi Pərvin Paşayeva Zaqatala filialının pedaqoji heyəti və tələbələrinə  türkdilli ölkələrin universitetləri arasında tələbə və professor-müəllim mübadiləsinin həyata keçirilməsini nəzərdə tutan “Mövlana” mübadilə proqramının əhəmiyyətindən bəhs edib. Bildirib ki, Türkiyə Yüksek Öğretim Kurulu (YÖK) tərəfindən qurulan və Türkiyə Respublikası tərəfindən maliyyələşdirilən proqramın əsas məqsədi yüksəkkeyfiyyətli təhsilin və beynəlxalq təcrübənin öyrənilməsidir. Hər il UNEC-in onlarla müəllim və tələbəsinin mübadilə proqramlarında iştirak etdiyini diqqətə çatdıran P.Paşayeva Zaqatala filialının pedaqoji heyəti və tələbələrini bu istiqamətdə fəal olmağa çağırıb. “Mevlana” mübadilə proqramında iştirak üçün müraciətlərin qəbuluna yaxın günlərdə start veriləcəyini qeyd edib.

Təqdimatda mübadilə proqramında iştirak şərtləri, təqaüdlər və universitetlər barədə geniş məlumat verilib. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR