A

UNEC-in “Texnologiya və dizayn” fakültəsində Qanlı Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları bu qanlı faciədə həlak olmuş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbiri giriş sözü ilə fakültə dekanı, professor Vəkil Hüseynov açaraq 29 il əvvəl baş vermiş Qanlı Yanvar hadisəsinin xalqımızın zaman-zaman üzləşdiyi ağır faciələrdən biri olduğunu bildirdi. V.Hüseynov bu faciədə dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin fəsadları qan yaddaşımızdan heç vaxt silinməyəcəyindən danışdı.

Qanlı Yanvar faciəsi haqqında tədbir iştirakçılarına “Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov çatdırdı. Çıxışında 20 Yanvar faciəsində ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladlarımızın misilsiz qəhrəmanlıq göstərərək canlarından keçməklə şəhidlik zirvəsinə ucaldıqlarını qeyd etdi. V.Həsənov müstəqilliyə can atan xalqımız həm də mübarizliyini, əyilməz olduğunu, məğrurluğunu öz qanı bahasına sübut etdiyini tədbir iştirakçılarına çatdırmışdır. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR