A

İqtisadçı Vətənpərvərlər Təşkilatı 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar olaraq "20 YANVAR- Qanlı və Şanlı Tariximiz" adlı tədbir keçirir.

İlk öncə təşkilatın bir qrup üzvü Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra Tələbələrlə iş üzrə prorektor, dos. Səadət Qəndilovanın iştirakı ilə tədbir baş tutub.

İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərzadə bu günün tariximizin qanla yazılan şanlı səhfəsi olduğunu bildirib.

Qanlı Yanvar hadisələrinin canlı şahidi olmuş Səadət Qəndilova da öz nitqində bu qırğının nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini söylədi.

UNEC-in qabaqcıl tələbələrindən olan 20 Yanvar şəhidinin nəvəsi Aslan Əzimzadə də babasının bu milli azadlıq mübarizəsində həlak olaraq şəhidlik zirvəsinə ucaldığını qürurla söylədi. Tədbirdə iştirak edən İqtisadiyyat fakültəsinin dekanı Asiman Quliyev, Rus İqtisad Məktəbinin direktoru Mənsur Bərxudarov, Ekspertiza və Standartlaşdırma fakültəsinin dekanı Tofiq Osmanov, Texnologiya və Dizayn fakültəsinin dekanı Vəkil Hüseynov və digərləri də 20 Yanvar haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR