A

UNEC 24/7  kitabxanasında “Qanlı Yanvar” video-çarxının oxucular üçün təqdimatı keçirilib.

Kitabxananın müdiri Arzu Məmmədova vətənpərvərlik mövzusunda çıxış edərək, vətəndaşlıq borcumuzdan, bu yolda canımızdan-qanımızdan keçməyə hər an hazır olmağın zəruriliyindən danışıb.

Daha sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilərək, oxuculara “Qanlı Yanvar” video-çarxı nümayiş edilib.

Video-çarxda xalqımızın milli azadlığı uğrunda apardığı mübarizəsini qanla susdurmağa çalışan düşmənlərin əməllərindən bəhs edilən kitabların sərgisi nümayiş etdirilib, həmin qanlı-qadalı günlərdə baş verən hadisələrin və eləcə də, müasir Bakımızın bu gününün görüntüləri yer alıb. Qeyd etmək istərdik ki, musiqi və sonluqda söylənilmiş şeir video-çarx üçün xüsusilə yazılıb.

Tədbirdə UNEC tələbə-rektoru Elmir Sadıqov, TEC-in sədri Nərmin Heydərova, UNEC İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərzadə iştirak ediblər. 

Təqdimatdan sonra kitabxanada video-çarx gün ərzində davamlı nümayiş etdirilib.    

20 Yanvar faciəsi ilə bağlı video-çarx kitabxananın əməkdaşları, “Texnologiya və Dizayn” fakültəsinin III kurs tələbəsi Yasin Əhmədov tərəfindən hazırlanıb.  

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR