A

Maliyyə və mühasibat fakültəsində “20 yanvar-Milli Qürur Günümüzdür” mövzusunda tədbir keçirilib.

Tədbirdən öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Maliyyə və mühasibat fakültəsinin dekan müavini Anar Hüseynov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən bəhs etmişdir. Bu hadisələrin keçmiş sovet rejimi tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilmiş vəhşi terror aktı olduğunu bildirərək ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını qeyd etmişdir.

Daha sonra “Humanitar fənlər” kafedrasının professoru Məhəbbət Paşayeva bu günün tarixindən geniş bəhs edərək ölkəmizin milli azadlığı, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış günahsız, dinc insanların qətlə yetirilməsini totalitar sovet rejiminin cinayətkar mahiyyətinin bir daha bütün dünyaya nümayiş etdirdiyini bildirdi.

Sonra tələbə təşkilatlarının üzvləri şəhidlərimizə həsr olunmuş şer və mahnılarla çıxış etdilər.   

Tədbirdə 20 Yanvar hadisələrini əks etdirən videoçarx nümayiş olunub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR