A

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) IV hesabat-seçki konfransında “İlin Tələbə Gənclər Təşkilatı”və “İlin prorektoru” nominassiyaları üzrə mükafatlandırma keçirilmişdir.

“Cari ildə Bakı şəhəri ərazisində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin TGT-ləri arasında fərqləndiyinə, tələbə-gənclərin inkişafı istiqamətində xüsusi xidmətlərinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci “İlin TGT-si” mükafatı ilə təltif edilmişlər.

ATGTİ ilə sıx əməkdaşlıq etdiyinə, təhsil müəssisəsində gənclərin sosial fəaliyyətinə qayğı və dəstək göstərdiyinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin tərbiyə işləri üzrə direktor müavini Murad Muradov “İlin  prorektoru” mükafatı ilə təltif edilmişdir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR