A

23 yanvar tarixində UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “İnsan resursları (HR)” mövzusunda təlim keçirilib.

“Atabank” ASC-nin İnsan resursları üzrə mütəxəssislərinin apardığı təlimdə tələbələrə CV-nin düzgün hazırlanması, müsahibəyə hazırlıq barədə məlumat verilib, real işəgötürmə müsahibəsi nümayiş olunub.

Mövzu ilə bağlı tələbələrin sualları cavablandırıldıqdan sonra təlimdə fəal iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR