A

UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin Qiyabi təhsil şöbəsinin Ekologiya ixtisası üzrə tələbələri üçün “Hər ağac bir nəfəsdir” layihəsi çərçivəsində təlim təşkil olunub.

Azərbaycan Gənclər Fondunun maliyyə və YAP  Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin təşkilati dəstəyi ilə keçirilən təlimdə UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin Tələbə Elmi Cəmiyyətinin üzvləri, İqtisadiyyat fakültəsinin rəhbərliyi, UNEC-in tələbə təşkilatlarının rəhbərləri və təşkilat fəalları iştirak edib. 

DQƏTM-in  Qiyabi təhsil şöbəsinin müdiri Yalçın Köçərli  UNEC-in doktorantı Yeganə Əsgərlini Azərbaycan Gənclər Fondunun “Hər ağac bir nəfəsdir” layihəsi ilə qrant müsabiqəsinin qalibi olması münasibətilə  təbrik etdi və  təlimin Qiyabi təhsil şöbəsinin Ekologiya ixtisası üzrə tələbələri üçün təşkilini yüksək dəyərləndirdi. Yalçın Köçərli ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi kimi ümumbəşəri problemlər haqqında məlumat verdi. Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanmasının ekoloji təhlükəsiz və iqtisadi baxımdan davamlı inkişafın formalaşdırılması hesabına mümkün olması təlim iştirakçılarının diqqətinə çatdırıldı. 

İqtisadiyyat fakültəsinin dekanı dosent Asiman Quliyev  layihəni yüksək dəyərləndirməklə, qiyabi təhsil alan tələbələrlə yanaşı İqtisadiyyat fakültəsinin Ekologiya ixtisasının tələbələrinin də layihədə fəal iştirakını qeyd etdi. Azərbaycanda ətraf mühit problemlərinin  həllində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına istiqamətlənmiş dövlət siyasətinin ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirdi.

"Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı" kafedrasının müdiri dosent Validə Mehdiyeva  elmi tədbirlərin qiyabi təhsil alan tələbələr üçün keçirilməsini müsbət dəyərləndirdi. Ölkənin ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin aktuallığının layihədə əks olunması qeyd olundu.

"Beynəlxalq iqtisadiyyat" kafedrasının müdiri professor İrşad Kərimli ölkədə iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı mövcud olan ekoloji problemlərin həll edilməsi üçün təmiz texnologiyaların tətbiqinə böyük yer verildiyini,  “Yaşıl iqtisadiyyata” sərmayələrin cəlb  olunması üçün ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş  istifadə etmək, sənaye, nəqliyyat, tikinti və digər sahələrdə enerjidən səmərəli istifadə üzrə tədbirlər həyata keçirilməsi tədbirləri haqqında öz fikirlərini bildirdi. Tələbələrin layihələrə cəlb olunmasını UNEC-də qiyabi təhsil alan tələbələrin elmi tədqiqata olan marağı kimi qiymətləndirildi.

Azərbaycan Gənclər Fondunun XI qrantının qalibi, “Hər ağac bir nəfəsdir” layihəsinin rəhbəri Yeganə Əsgərli öz çıxışında Azərbaycan Gənclər Fonduna maliyyə dəstəyinə, UNEC rəhbərliyinə təşkilati dəstəyinə görə öz təşəkkürünü bildirdi. Öz çıxışında layihə rəhbəri bir vətəndaş kimi ekologiyanı və ətraf mühiti qorumaq hər birimizin borcu olduğunu söyləyərək, hal-hazırda müasir dövrümüzdə ekologiya ilə bağlı bir çox problemlər mövcudluğundan danışdı. “Hər ağac bir nəfəsdir” adlı layihəsinin əsas məqsədi bizi, sizi və sizin qisminizdə hər bir gəncin maarifləndirilməsinə və ekologiyamıza daha duyarlı olmağa çağırmaqdan ibarət olduğunu vurğulayaraq, hər kəsi öz həyatına və yaxınlarının həyatına biganə qalmamağa çağırıb. Unutmayaq ki, HƏR AĞAC BİR NƏFƏSDİR deyə Yeganə Əsgərli öz çıxışını yekunlaşdırıb.Layihə mövzüsu üzrə təlimdən sonra, iştirakçılara sertifikatlar təqdim edildi. 

Azərbaycan Dövlət Universitetində həmçinin, “Hər ağac bir nəfəsdir” layihənin üçüncü bağlanış tədbiri keçirilmişdir. Layihənin bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunuraq, xatirə şəkli çəkdirilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR