A

UNEC-də Karyera Mərkəzi ilə Beynəlxalq Təlim və Layihə Mərkəzinin birgə təşkilatçılığı dövlət vergi orqanlarına işə qəbulla bağlı maarifləndirici təlim keçirilib.

Beynəlxalq Təlim və Layihə Mərkəzinin təlimçisi, uzun müddət vergi orqanlarında çalışmış İlkin Dövlətovun keçdiyi təlimdə UNEC-in magistr və tələbələri iştirak edib. Təlimdə vergi orqanlarında işə qəbul və hazırlıq prosesi, qanunvericilik aktları, vergi məcəlləsi, həmçinin online sınaq testləri barədə ətraflı məlumat verilib. İ.Dövlətov tələbələrə bu sahə ilə bağlı öz təcrübəsini də bölüşüb.

Təlimdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR