A

Tələbələrin çoxsaylı akademik borcunun yaranmasını nəzərə alaraq Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarə edilməsi Mərkəzinin (TKQİM) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşəbbüsü ilə 01.02.19 tarixindən etibarən 5 gün ərzində “Təkrar hazırlıq”  layihəsi çərçivəsində akademik borcu olan tələbələrə  “İqtisadiyyata giriş” və “Makroiqtisadiyyat” fənləri  yenidən tədris olunmuş və onlar yüksək səviyyədə növbəti imtahanlara hazırlaşdırılmışdır.

Azərbaycan bölməsinin tələbələrinə dərslər UNEC-in əsas binasında, “İqtisadi nəzəriyyə” kafedrasının dosenti Sevda Sərdarova tərəfindən, rus bölməsinin tələbələrinə isə  UNEC-in II tədris binasında RİM-in “İqtisadiyyat” kafedrasının dosenti  Şəhla Hüseynova tərəfindən keçirilmişdir. Qeyd edək ki, bu layihə çərçivəsində dərslər UNEC tələbələrinə tamamilə ödənişsiz olaraq yenidən tədris olunmuşdur.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR