A

UNEC-in İqtisadiyyat fakültəsinin mentor müəllimləri və tələbələri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününü şəhidin ailəsi ilə birlikdə qeyd ediblər.

Biləsuvar rayonunun Əliabad kəndində yerləşən ata ocağında Milli Qəhrəmanın evini ziyarət edən UNEC kollektivi valideynlərinin Mübariz haqqında xatirələrini dinləyiblər. Dekan müavini Rahim Mürsəlov Mübariz İbrahimovun doğma Vətən uğrunda böyük vətənpərvərlik hissi ilə qəhrəmanlıq göstərərək ölkəmizin tarixinə şərəfli bir səhifə yazdığını bildirərək, onun qısa, lakin şərəfli ömür yolunun hər bir gənc üçün örnək olduğunu vurğulayıb.

Sonra ziyarətçilər Milli Qəhrəmana məxsus müxtəlif şəkillər, haqqında yazılan kitablar, jurnal və qəzetlərdən ibarət guşə ilə tanış olublar. Mübariz İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksinin önündə şəhidin xatirəsinə ucaldılan abidəsinin önünə gül dəstələri düzüblər.

Səfər İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev və fakültə Həmkarlar İttifaqı Bürosunun sədri, dosent Elşən Məmmədovun birgə təşkilatçılığı, fakültənin baş mentoru Zeynəb Qiyasovanın təşəbbüsü ilə keçirilib. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR