A

UNEC Distant, qiyabi və əlavə təhsil mərkəzinin Əlavə təhsil şöbəsi və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport" portalının əməkdaşlığı ilə “Amazonla qazan” təlimi keçirilmişdir.

Əlavə təhsil şöbəsinin müdiri dos. Emin Qəribli təlimin açılışını edərək,  “e-kommersiya”nın bu gün çox aktual mövzu olduğunu vurğuladı. Daha sonra söz “Azexport” portalının rəhbəri Zaur Qardaşova verildi. Portalın əsas stereotiplərindən söz açan qonaq sonda təlimdə tələbələrə uğurlar dilədi. Təlimin əsas aparıcısı ITC eksperti Muhammad Es Fih idi.

Təlimdə iştirak edənlərə "Amazon" portalında qeydiyyat və iş prinsipləri, bazar araşdırması və yüksək satış göstəricilərinə malik məhsulların təyin olunması, "Alibaba" və digər portallar üzərindən etibarlı təchizatçıların tapılması, məhsulların yerləşdirilməsi və mövcud reklam imkanlarından istifadə və digər məsələlər barədə məlumat verildi. Təlimlərdə praktiki satışların həyata keçirilməsi üçün hər bir iştirakçıya "Amazon" hesabı və ABŞ bank hesabı açmaq qaydaları da izah edildi.

Təlimin sonunda tələbələr sertifikatlarla təltif olunmuşdur.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR