A

UNEC-də Karyera Mərkəzi və “Dərs Evi” Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə təlim keçirilib.

Təlimin əsas məqsədi tələbələrə karyeralarını qurmaqda düzgün istiqamət vermək və onlara qarşıya çıxa biləcək problemlərin həllində dəstək olub.

UNEC-in tələbələrinin iştirak etdiyi təlim “Dərs Evi” Tədris Mərkəzinin nümayəndələri tərəfindən keçilib. Təlimçilər Günel Rəsulova tələbələrə iş müsahibəsinə hazırlıq, Toğrul Ələkbər xaridə təhsil, İnara Mirza  şəxsi brendinq, Nərmin Məmmədova isə xarici dil bilməyin üstünlüklərindən danışıblar.

Təlimdə tələbələrə düzgün CV hazırlanması qaydaları, stresin idarəedilməsi, özinəinam, xaricdə təhsilin əhəmiyyəti, karyera imkanları, brendin yaradılmasında mühüm olan amillər, İELTS imtahanın üstünlükləri, dil biliyinin verdiyi imkanlar barədə fikirlərini bölüşüblər. Təlim zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda isə  tələbələrə “Dərs Evi” Tədris Mərkəzi tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR