A

UNEC-in Beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının nəzdində fəaliyyət göstərən “ISE Startup Club”un sədri Turan Süleymanov və tələbələr Yüksək Texnologiyalar Parkında olublar.

Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli ilə görüşən tələbələrə parkın imkanları, texnologiyalar sahəsində aparılan araşdırmalar barədə ətraflı məlumat verilib. Bildirilib ki, Yüksək Texnologiyalar Parkı müəllim və tələbələrin biznes ideyalarla bağlı potensiallarının ortaya çıxarılmasında, eləcə də onlara dəstək göstərilməsində maraqlıdır.

Səfər çərçivəsində “ISE start-up club”unun sədri T.Süleymanov “İdeyadan biznesə: startaplarda effektiv biznes modelinin inkişaf etdirilməsi” mövzusunda təlim keçib. Təlimdə biznes model, biznes model innovasiyası, strateji resurslar, dəyər zənciri, əsas strategiya, təchizat zəncirinin idarə edilməsi və biznes modelin dörd əsas komponentlərindən bəhs olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay