A

UNEC tələbələri arasında Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində “Gənclər üçün Mühasibatlıq üzrə II Olimpiadanın təşkili” layihəsi çərçivəsində seçim turu keçirilmişdir.

Seçim turlarında ümumilikdə UNEC-in 73 tələbəsi iştirak etmişdir. Nəticələrə əsasən müvafiq keçid balını  toplayan tələbələr olimpiadanın final mərhələsində  iştirak etmək hüququ qazanırlar.

Layihənin əsas məqsədi mühasibatlığı öyrənən gənclərdə analitik düşüncə bacarığını aşılamaq, istedadlı tələbələrə əlverişli şərait yaratmaq, onların gələcəkdə inkişafına və peşəkarlığının artırılmasına, o cümlədən istiqamətləndirilməsinə dəstək olmaqdır.

Məlumat üçün bildirək ki, seçim turları Gəncə şəhəri daxil olmaqla daha 3 ali təhsil müəssisəsində keçiriləcəkdir.      

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR