A

UNEC Karyera Mərkəzinin və Beynəlxalq Əməkdaşlıq Deparamentinin birgə təşkilatçılığı ilə növbəti layihəyə start verilib.

Layihənin məqsədi tələbələrin ingilis dili biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək, onların ingilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdan ibarətdir.

Layihə çərçivəsində UNEC-in tələbələrinə ingilis dilində ödənişsiz danışıq dərsləri (conversation club) keçilib. Tələbələrin maraqla qatıldıqları dərsin moderatoru “İslam Əməkdaşlıq Təşkilatı”na və “Qoşulmama Hərəkatı”na üzv olan dövlətlərin təhsil qrantı hesabına UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində təhsil alan Amun Vazeri olub.

Dərslər hər həftənin cümə günü saat 15:00-16:00-da UNEC-in Karyera Mərkəzində təşkil olunacaq.  İştirak ödənişsiz və sərbəstdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay