A

UNEC-də fəaliyyət göstərən UNEC Skautlar Dəstəsinin təşkilatçılığı ilə "Qarabağ Düşərgəsi" adlı anım tədbiri keçirilmişdir.

Tədbirdə UNEC-in tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova, ümumi işlər üzrə prorektor İlham Hüseynov, UNEC Rus İqtisad Məktəbinin dekanı dos. Mənsur Bərxudarov, İqtisadiyyat fakültəsinin dekanı dos. Asiman Quliyev, baş mentor Esmira Babaşirinova, UNEC İnklüziv Təhsil Mərkəzinin rəhbəri Sevinc Məhsimova, təşkilat sədrləri iştirak etmişdir. Fəxri qonaqlar siyahısında isə UNEC şəhidlərinin ailələri, hərbçilər iştirak ediblər. 

Tədbir Azərbaycan Dövlət himni ilə başlanılıb, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib. Tədbiri giriş sözü ilə açan UNEC-in tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış Xocalı hadisələrindən bəhs etdi, bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsini, şəhidlərimiz üçün təşkil olunan anım tədbirlərinin əhəmiyyətini vurğuladı. Rus İqtisad Məktəbinin dekanı dos. Mənsur Bərxudarov bizim  əsas məqsədimiz gəncləri vətənpərvərlik ruhunda yetişdirməyin zəruri olduğunu vurğuladı. Azərbaycan Dövlət İqtisad Universiteti üzrə Azərbaycan Skautlar Assosiasiyasının təmsilçisi Rza Məmmədzadə ilk öncə tədbirin həyata keçirilməsində dəstək və iştiraklarına görə UNEC rəhbərliyinə və Azərbaycan Skautlar Assosiasiyasına öz təşəkkürünü bildirdi. Daha sonra Xocalı tədbirinin “Qarabağ Düşərgəsi” adlandırmağın səbəbi, skautların əsas fəaliyyətlərindən olan düşərgə keçirmək olduğunu nəzərə alaraq skautların məqsəd və arzuları Qarabağda düşərgə təşkil etmək olduğu vurğulandı. Əlavə olaraq bu tədbirin təşkilatçısı olmaq fəxr hissi olduğunu bildirdi.

Qeyd etmək istərdik ki, öz çıxışları ilə yadda qalan qonaqların siyahısında Polkovnik-leytenant Elmar Hüseynov, Polkovnik-leytenant Abuzər Abilov, Baş leytenant Əhliyət Mehdiyev, Baş leytenant Kamil Musavi, Baş gizir Zamiq Əsgərov, Xüsusi Təyinatlı hərbçi xanım Tehranə Bəhruzi oldu.

Tədbirdə UNEC şəhidlərinin ailələri, o cümlədən Aprel döyüşlərinin şəhidi Tural Dadaşovun anası Kəmalə Dadaşova və Aprel döyüşlərinin şəhidi Mahir Mirzəyevin atası Sabir Mirzəyev, bacısı Aygün Mirzəyeva tədbirdə iştirak və çıxış etdilər.

Tədbirin bədii hissəsində UNEC məzunları olmuş şəhidlərinin xatirəsinə video-çarx nümayiş olundu. Daha sonra Həzi Aslanov medalına layiq görülmüş Azərbaycanın ilk vətənpərvər uşaq ifaçısı Nuray Rəhmanın “Şəhid qızı”adlı video-carx təqdim edildi və İgid əsgər möhkəm dayan adlı mahnısı ifa edildi. Tədbirdə Xocalıda əsr düşmüş bacı-qardaş mövzusunda "Qayıdacağıq" adlı tamaşa nümayiş edildi. UNEC tələbəsi tərəfindən Cənab Leytenant mahnısı canlı olaraq ifa edildi.

Sonda UNEC Skautlar Dəstəsi tərəfindən fəxri qonaqlara yadigar olaraq Azərbaycan Xəritəsi təqdim olundu.  

Bağlanışda tədbirin aparıcıları  “Qarabağ Düşərgəsi” adlı tədbirin həyata keçirilməsində təşkilatı dəstəyə görə bir daha UNEC rəhbərliyinə və Azərbaycan Skautlar Assosiasiyasına, əməkdaşlığa görə Legion Hərbi Vətənpərvərlik Klubuna, İqtisadçı Vətənpərvərlər Təşkilatına, Tələbə Həmkar İttifaqı Komitəsinə, Tələbə Gənclər Təşkilatına, Tələbə Elmi Cəmiyyətinə, "İqtisadçı Tələbələrə Dəstək" İB-nə, Tələbə Araşdırma Mərkəzinə, İnklüziv Təhsil Mərkəzinə və Tədbirdə qonağlara xatirə olaraq təqdim edilən Azərbaycan Respublikasının xəritələri üçün, səhnənin tərtibində istifadə edilən qərənfillərə görə ”Alo Hədiyyələr”, “Gloria Flowers”, “Çiçək Yağışı” və Damla Su şirkətlərinə dərin təşəkkürlərlərini bildirdilər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay