A

UNEC-də Biznes və Menecment Fakültə Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə yeni bir layihəyə start verilib.

Layihənin məqsədi günümüzdə aktual olan sahələrdə tələbələrə biliklərin verilməsi və onların özü üçün hansı sahənin uyğun olması fikri istiqamətində qərar verməsinə kömək etməkdir.

Layihənin ilk həftəsi Karyera istiqamətində keçirilmişdir. Böyük maraqla qarşılanan layihənin ilk həftəsində tədbir keçirilən məkan tamamilə dolmuşdur. Tələbələrə "Azərbaycanda karyera qurmaq imkanları",  ”Karyera deyəndə nəyi bilmirik?", "Niyə iş tapmaq olmur?" və s. mövzularında dərin biliklər öyrənilmişdir. Tələbələrin bütün sualları cavablandırıb, onlara dəyərli məsləhətlər verilmişdir.

Bir gün içində 6 saata yaxın bir proqramın çətin  və yorucu olduğunu düşünərək layihə 3 həftəyə bölünərək həftədə 1,5-2 saatlıq tələbələrə, biznes, startup-idea, karyera mövzusunda təlimlər və seminarların keçirilməsi planlaşdırılıb.

Layihənin növbəti həftələrində "Startup, təşəbbüskarlıq, idea", "Biznes qurarkən nələrə diqqət olunmur?", "CEO-ların fikri əsasında biznes qurmaq olarmı?" və.s mövzularında seminarlar, təlimlər keçiriləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay