A

UNEC-in rektoru, professor Ədalət Muradov qış imtahan sessiyasını 2 və daha çox kəsirlə başa vuran tələbələrlə görüşüb.

UNEC-də təhsilin keyfiyyətinin artırılması ilə bağlı həyata keçirilən tədbirlərin tələbələr tərəfindən qiymətləndirilməsi, tələbələrin imtahan sessiyasını kəsirlə başa vurma səbəblərinin araşdırılaraq aradan qaldırılması məqsədilə keçirilən görüşdə rektor tələbələri açıq söhbətə dəvət edib.

Ötən qış imtahan sessiyası ilə müqayisədə imtahanları kəsirlə başa vuran tələbələrin sayının bir çox fakültələrdə azaldığını bildirən rektor imtahan sessiyasının keyfiyyətli təşkili ilə bağlı tətbiq olunacaq yeniliklərdən söz açıb. UNEC-də iqtisadiyyat və idarəetmə ixtisasları üzrə yeni standartların hazırlandığını diqqətə çatdıran Ə.Muradov növbəti illərdə fənlərin sayının azaldılacağını, ixtisas fənləri üzrə bütün imtahanların yazılı, qeyri-ixtisas fənləri üzrə isə testlə keçiriləcəyini deyib.

Sonra tələbələrin müraciətləri dinlənilib. Müraciətlər əsasən imtahanlararası müddətin uzadılması, beynəlxalq mübadilə zamanı fənlərarası fərqlərin yaranması, sualların sillabuslara uyğunluğu, tədrisi dayandırılan fənlərin oxşar fənlərlə əvəz olunması və digər məsələlərlə bağlı olub. Müraciətləri fərdi olaraq cavablandıran rektor, onların araşdırlması və  həlli istiqamətində tədbirlər görüləcəyini bildirib.

Sonda tələbələrə: “Sizi narahat edən məsələlər haqqında çəkinmədən danışın”, deyə səslənən Ədalət Muradov, onları təhsilin keyfiyyətinin artırılması istiqamətində daim təşəbbüskar olmağa və yeni təkliflərlə çıxış etməyə çağırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay