A

UNEC Rus İqtisad Məktəbində dahi ədibimiz Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan direktor müavini Anar Eyyubov qeyd etdi ki, yazıçının yubileyi dövlət başçısı İlham Əliyevin sərəncamı respublika səviyyəsində qeyd olunur və bu heç də təsadüfi deyil: C.Məmmədquluzadə şəxsiyyətinin, onun özü ilə eynəlişdirilən “Molla Nəsrədiin” jurnalının milli təfəkkürün oyanmasında müstəsna rolu olub və bu gündə satirik jurnalda əks olunan bəzi nöqsanlar aktuallıq kəsb etməkdədirlər. Tədbirdə satira ustadının həyat və yaradıcılığına dair prezentasiya nümayiş etdirildi, onun əsərləri əsasında çəkilmiş filmlərdən fraqmentlər göstərildi.

Sonda Anar Eyyubov və RİM direktorluğunun mütəxəssisi Vüsal Abasov tərəfindən “XX əsrin əvvəlləri – Molla Nəsərəddin – müasir dövrdə həmin problemlər” formatında ədəbi-satirik duet təşkil edildi.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR