A

UNEC-in tələbələri Procter&Gamble şirkətinin qlobal səviyyədə keçirdiyi “CEO Challenge” biznes müsabiqəsində Azərbaycanı təmsil edəcəklər.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) IV kurs tələbəsi Türkan Hacıyeva, III kurs tələbəsi Rəşad Ağayev və SABAH qruplarının IV kurs tələbəsi Ülfan Əliyev müsabiqənin ilk mərhələsində məntiq, riyaziyyat, analitika və digər xüsusiyyətlərin yoxlanıldığı onlayn qiymətləndirmədən uğurla keçiblər. İkinci mərhələdə isə 75 dəqiqə ərzində 15 test və 2 esse tipli suallar ilə tələbələr P&G məhsulları barədə biznes situasiyaları dəyərləndirib və strateji çıxış yolları tapmağa çalışıblar. Təqdim edilən keyslərdə marketinq təhlili, maliyyə göstəriciləri, bazar imkanları və digər önəmli faktorlara diqqət ayrılıb. Bu mərhələni də uğurla başa vuran tələbələr regional mərhələyə vəsiqə qazanıblar.

“P&G CEO Challenge” biznes müsabiqəsinin regional mərhələsi martın 4-5-də Türkiyənin İstanbul şəhərində keçiriləcək. Bu mərhələdə onlar liderlik, kommunikasiya, biznes analitika və komandada çalışmaq məharətlərini Avropanın ən bacarıqlı və istedadlı tələbələri arasında nümayiş etdirərək, öz biznes keyslərini təqdim edəcəklər. Müsabiqəni uğurla başa vuranlar Avropa və Dünya finalı mərhələlərində iştirak hüququ qazana biləcəklər.

Qeyd edək ki, dünyanın nəhəng şirkətlərində olan P&G şirkəti liderlik bacarıqlarının inkişaf etdirilməsi üçün ən yaxşı 40 şirkətdən biri hesab edilir.

UNEC tələbələrinə “ P&G CEO Challenge” biznes müsabiqəsində uğurlar arzu edirik!

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR