A

UNEC-də 8 mart Qadınlar Günü münasibəti ilə UNEC Yaradıcılıq Mərkəzinin dəstəyi, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının əməkdaşlığı ilə UNEC Xanım Tələbələri üçün “Gitara Flashmob” təşkil olundu.

"Flashmob"da 8 gitara ifaçısı iştirak edərək, canlı olaraq sevilən azərbaycan və türk mahnılarını ifa etdilər. Layihədən sonra “UNEC Flashmob Klubu”nun fəaliyyətə başlaması haqqında qərar verildi. 

Məlumat üçün bildirmək istərdik ki, müxtəlif bayramlar ərəfəsində UNEC-də "flashmob"lar təşkil olunması nəzərdə tutulub. Musiqi alətində ifa etməyi bacaran istedadlı tələbələri kluba üzv olmaq üçün müraciət edə bilər.

"UNEC Flashmob Klub"nun rəhbəri Rza Məmmədzadədir (070 990 27 10). 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay