A

2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə uğur qazanan və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında təşkil olunmuş tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev dövlətimizin başçısı İlham Əliyevin elm, təhsil sahəsi ilə bağlı imzaladığı sərəncam və fərmanların əhəmiyyətini diqqətə çatdırıb. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlu nəticələrindən danışan Səttar Möhbalıyev respublikamızda elmin, təhsilin, idmanın və gənclərin inkişafına geniş imkanlar yaradıldığını qeyd edib.

S.Möhbalıyev ATİAHİ Respublika Komitəsi tərəfindən keçirilən müsabiqələr, müxtəlif intellektual oyunlar, idman yarışları və digər tədbirlər barədə məlumat verib.  Bildirilib ki, rəhbərlik etdiyi qurumun məqsədi gənclərin inkişafına, onların asudə vaxtlarının səmərəli təşkilinə diqqət və qayğı göstərməkdir.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən S.Möhbalıyev qeyd edib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis olunub. Təqaüd qış və yay imtahan sessiyasının nəticələrinə görə əla və yaxşı qiymətlərlə oxuyan, həmkarlar ittifaqı fəalı olan tələbələrə verilir.

AHİK-in sədri adlı təqaüdə layiq görülən tələbələri təbrik edib, onlara təhsildə yeni  uğurlar arzulayıb. Sonra tələbələrə adlı təqaüdlər təqdim edilib.

Təqaüd alanlar sırasında UNEC-in  magistr və tələbələri  də var. Onlar İlkan Əliyev (UNEC Biznes Məktəbi), İmran Məmmədov (Rus İqtisad Məktəbi), Jalə Rzayeva (Maliyyə və Mühasibat faküləsi), Şamxal Bağırov (Biznes və Menecment fakültəsi), və Məhəmməd Rzayevdir (Sabah Mərkəzi).

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR