A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən Debat Klubunun birgə təşkilatçılığı ilə ümumilikdə 32 komandanın iştirak etdiyi XXXII Daxili Debat Forumu başa çatmışdır.

XXXII Daxili Debat Forumunun finalında Azərbaycan bölməsi üzrə təsdiqdə "Spagetti" (Mütəllim Yaqubov, İlkin Əlizadə, Aytac Həsənova), inkarda "Xəzərin Sahilində" (Nərmin Şabanova, Hikmət Məmmədli, Mirzə Dadaşov), rus bölməsi üzrə isə təsdiqdə "Totally Spies" ( Məleykə Abilova, Məryəm Dadaşova, Saida Bayramova) inkarda "Hey Arnold" (Tukaz Tağıyeva, Məhəmməd Məmmədov, Nəzrin İsgəndərova) komandaları qarşılaşdı.

Beləliklə XXXII Daxili Debat Forumunun qalibi Azərbaycan bölməsi üzrə "Xəzərin Sahilində", rus bölməsi üzrə isə "Totally Spies" oldu.  
Əli Abdullayev isə Forumun rus bölməsi üzrə "ən yaxşı hakimi" seçildi.  
Yarışın qaliblərinə kubok, medal, diplomlar təqdim olunub. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay